Prezident Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib
26 iyun 2022 19:25 (UTC +04:00)

Prezident Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Lent.az xəbər verir ki, dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.

Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.

Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.

Sonra dövlətimizin başçısı çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

15 iyun 2024 , 10:58
İlham Əliyevdən BAYRAM TƏBRİKİ

İlham Əliyevdən BAYRAM TƏBRİKİ

14 iyun 2024 , 13:57
İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

8 iyun 2024 , 12:56
Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

7 iyun 2024 , 19:36
Azərbaycanın bu ölkəyə yeni səfiri  təyin edildi

Azərbaycanın bu ölkəyə yeni səfiri təyin edildi

6 iyun 2024 , 16:13
Bu rayonun icra başçısı işdən çıxarıldı

Bu rayonun icra başçısı işdən çıxarıldı

6 iyun 2024 , 13:07
DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

6 iyun 2024 , 10:34
Prezident ona "Şöhrət" ordeni  verdi

Prezident ona "Şöhrət" ordeni verdi

5 iyun 2024 , 16:06