Prezidentdən Ramazan bayramı TƏBRİKİ
28 mart 2025 17:34 (UTC +04:00)

Prezidentdən Ramazan bayramı TƏBRİKİ

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2140

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41