3 ay hər gün soyuq duş  qəbul etdi: bədənində nə baş verdi?
23 dekabr 2025 18:16 (UTC +04:00)

3 ay hər gün soyuq duş qəbul etdi: bədənində nə baş verdi?

0

Mütəxəssislər bildirirlər ki, soyuq duşun faydaları yalnız immunitetin güclənməsi və bədənin tonusa düşməsi ilə məhdudlaşmır. Araşdırmalar göstərir ki, müntəzəm soyuq su prosedurları psixoloji vəziyyətə də müsbət təsir edir və depressiv əlamətlərin azalmasına kömək edə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, YouTube bloqeri Quinton Heck alimlərin tövsiyələrini yoxlamaq məqsədilə üç ay ərzində isti sudan tamamilə imtina edərək hər gün buz kimi soyuq duş qəbul edib.

Eksperimentin nəticələri onun üçün gözlənilməz olub: çəki azalmasından tutmuş psixoloji vəziyyətində ciddi dəyişikliklərə qədər.

İnternetdə populyar olan müxtəlif sağlamlıq metodları arasında soyuq su terapiyası elmi əsaslara malik olması ilə seçilir. Radikal pəhrizlər və ya su orucu kimi riskli üsullardan fərqli olaraq, soyuq duş düzgün tətbiq edildikdə təhlükəsiz hesab olunur. Mütəxəssislər qeyd edirlər ki, söhbət qış aylarında buzlu suda ekstremal çimməkdən getmir.

Xüsusilə isti havalarda soyuq duş bədəni tez canlandırır və enerji verir. Buz vannalarına və ya açıq sularda üzməyə hazır olmayan insanlar üçün isə ev şəraitində ən əlçatan krioterapiya üsulu məhz soyuq duşdur.

Müntəzəm soyuq duş qəbul etmək soyuqdəyməyə qarşı davamlılığı artıra, depressiya əlamətlərini azalda, qan dövranını yaxşılaşdıra, maddələr mübadiləsini aktivləşdirə, iltihabı zəiflədə və əzələ ağrılarını yüngülləşdirə bilər. Bundan əlavə, səhər saatlarında soyuq duş insanın daha tez ayılmasına kömək edir.

Quinton Heck öz təcrübəsi barədə danışarkən bildirib ki, ilk günlər bu ideya ona son dərəcə xoşagəlməz görünüb. Lakin zaman keçdikcə prosedurdan sonrakı hisslərdən zövq almağa başlayıb.

“Üç aydan sonra soyuq duşun real üstünlüklərini gördük. Bunlara əzələlərin bərpası, çəkinin azalması, stresin ümumi səviyyəsinin aşağı düşməsi və əhvalın yaxşılaşması daxildir. Mən bunları öz üzərimdə hiss etdim, amma başqaları fərqli təsirlər də müşahidə edə bilər”, –  bloqer bildirib.

Eksperiment müddətində Quinton qidalanma rejimini dəyişmədən təxminən 4,5 kiloqram arıqlayıb. Bu nəticə hər kəs üçün eyni olmasa da, mütəxəssislər hesab edirlər ki, soyuq su bədənin istiliyi qorumaq üçün daha çox enerji sərf etməsinə səbəb olur və bu da maddələr mübadiləsini sürətləndirir.

Bloqerin sözlərinə görə, ən nəzərəçarpan dəyişiklik əhval-ruhiyyəsinin yaxşılaşması olub. Bundan əlavə, o, yuxu keyfiyyətinin artdığını və idmandan sonra bərpa prosesinin sürətləndiyini də qeyd edib.

Mütəxəssislər vurğulayırlar ki, soyuq duş sadə, əlçatan və düzgün tətbiq edildikdə həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərən faydalı bir vərdiş ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar