Atanın siqaret çəkməsi  uşaqlarda bu xəstəlikləri yaradır
04 sentyabr 2025 18:09 (UTC +04:00)

Atanın siqaret çəkməsi uşaqlarda bu xəstəlikləri yaradır

0

Tasmaniya Universitetinin alimlərinin araşdırmasına görə, uşaqlıq dövründə atasının passiv siqaret tüstüsünə məruz qalması, övladlarda uzunmüddətli sağlamlıq riskləri yaradır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yədqiqatda 8 mindən çox insanın ağciyər funksiyası 13, 18, 43, 50 və 53 yaşlarında mütəmadi olaraq yoxlanılıb.

890 “ata–övlad” cütlüyü üzərində aparılan analizdə məlum olub ki, uşaqlar atasının siqaret tüstüsünə məruz qalması nəticəsində ağciyər funksiyaları 56% azalır.

Nəticələr göstərib ki, belə uşaqlarda gələcəkdə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) riski də yüksəlir. XOAX, xroniki bronxit və emfizema daxil olmaqla, dünyada ölüm səbəblərinə görə üçüncü yerdə dayanır və hər il təxminən 3 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.

Alimlər vurğulayır ki, xüsusilə uşaqların yetkinlik öncəsi dövrdə tüstüyə məruz qalması genlərin fəaliyyətinə və ağciyərlərin bərpa mexanizmlərinə mənfi təsir göstərərək, hətta gələcək nəsillərin sağlamlığına zərər vura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar