Bu qidalarla qırışlardan uzaq olun-FOTO
24 dekabr 2020 14:48 (UTC +04:00)

Bu qidalarla qırışlardan uzaq olun-FOTO

İnsanların ən çox qorxduqları qocalma, üz dərisində yaranan qırışlardır. Bu qorxudan azad olmaq istəyən yüzlərlə insan çıxış yolunu yalnız plastik əməliyyatda görür. Bəzi qidalardan gündəlik istifadə etməklə, qocalma və üz dərisində yaranacaq qırışlardan uzaq olmaq mümkündür

Lent.az xarici KİV-ə istinadən üz dərisini gənc göstərəcək qidaları təqdim edir.

Süzülmüş zeytun yağı

Təmiz süzülmüş zeytun yağı dünyanın ən təmiz yağlarından biri hesab olunur. Araşdırmalara görə bu yağ qocalma ilə bağlı yarana biləcək bir çox xəstəliklərin də qarşısını alır. Süzülmüş zeytun yağı dəridə çox güclü iltihab əleyhinə təsir göstərir və dərini günəş işığının zərərli təsirlərindən qoruyur. Həmçinin dəridə elastikliyi və möhkəmliliyi qoruyur.

Kətan toxumu

Xolesterolun azalmasını, qan şəkəri və insulin səviyyəsini tənzimləyən kətan toxumu döş və prostat xərçəngi riskini də minimuma endirir. Omeqa-3 mənbəyi olan kətan toxumu dərini  zərərli şüalanmalardan qoruyur.

Yaşıl çay

Antioksidanlarla zəngin olan yaşıl çay insanı bədəni maddələr mübadiləsində və stressdən yaranan molekullardan qoruyur. Yaşıl çayı orqanizmi diabet, insulinə qarşı müqavimət və ürək xəstəliklərinə qarşı çox təsirli qoruma vasitəsidir. Polifenol adlanan antioksidanlarla zəngin olan yaşıl çay olan bədəndəki kollagenin qorunmasını da təmin edir ki, bu da yaşlanma əlamətlərini azaltması deməkdir.

Tünd şokolad

Tünd qara şokoladın tərkibindəki antioksidan inanılmaz faydalara malikdir. Araşdırmalara görə tünd şokolad qan təzyiqini aşağı salınmasına, damarlarda qan dövranının yaxşılaşmasına və dərinin elastikliyinin artmasına kömək edir.

Şokoladdakı flavanol adlanan  antioksidan növü dərini günəşin zərərli şüalarından qorumağa kömək edir. Normal şokoladlardan iki qat daha çox flavanol ehtiva edən tünd şokolad yeyən insanlar uzun müddət günəş şüaları qəbul edə bilərlər.

Nar

Ən sağlam meyvələrdən biri olan narın tərkibindəki antioksidan aktivliyi yaşıl çaydan da yüksəkdir. Nar iltihab riskini azaldır və yüksək qan şəkəri səbəbiylə ortaya çıxa biləcək potensial problemlərdən qorunmanı təmin edir. Araşdırmaya görə nar dərini zərərli günəş şüalarından qoruyur, dəri problemlərinin həllində orqanizmi dəstəkləyir.

 

Tərəvəz

Tərəvəz vitamin deposu olmaqla yanaşı, az kalorilidi. Tərkibində ürək xəstəliklərini, xərçəng riskini azaltmasına kömək edən antioksidanlar var. Beta-karotein tərkibli tərəvəz insanları qocalmasına səbəb olan sərbəst radikallardan qoruyur. Bu tərkibli tərəvəzlər yerkökü, balqabaq və kartofdur.

Keçmişə qayıda bilməsək də, bu qidalarla dərimizin daim parlaq olmasını təmin edib gənc görünmək mümkündür.

 

# 2568
avatar

Nigar Adil

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30