Ciddi pəhrizin zərərləri - mütəxəssisdən XƏBƏRDARLIQ
01 iyun 2025 08:54 (UTC +04:00)

Ciddi pəhrizin zərərləri - mütəxəssisdən XƏBƏRDARLIQ

"Çoxlu məhdudiyyətləri olan ciddi pəhrizlər zərərlidir və qidaya qarşı qeyri-sağlam münasibət yaradır, narahatlığı artırır".

Lent. az xəbər verir ki, bunu rusiyalı nutrisioloq Karina Qazetdinova "İzvestiya" nəşrinə deyib.

"Pəhrizlərdə zərərli olan ilk şey onların qısamüddətli təsiri və maddələr mübadiləsinin yavaşlamasıdır. İnsan qəbul etdiyi qidanın kalorililiyini kəskin surətdə azaltdıqda orqanizm qənaət etməyə başlayır və metabolizm yavaşlayır. Buna görə də, pəhriz başa çatdıqdan sonra normal kalorililiyi qaytardıqda, çox vaxt çəki artıqlaması ilə geri qayıdır" , - deyə Qazetdinova izah edib.

Onun sözlərinə görə, ikinci zərərli amil orqanizmdə qida maddələrinin çatışmazlığıdır:

"İstənilən pəhriz məhdudiyyətdir, çünki onların çoxu karbohidratlar və ya yağlar kimi bir çox məhsul qrupunu istisna edir. Bu səbəbdən bir çox nutrient bədənə daxil olmağı dayandırır."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar