Depressiyanın səbəbi  gündəlik istifadə etdiyimiz bir məhsul  ola bilər
31 iyul 2025 18:56 (UTC +04:00)

Depressiyanın səbəbi gündəlik istifadə etdiyimiz bir məhsul ola bilər

Merilend Universitetinin Tibb Məktəbində psixi xəstəliklər üzrə professor olan Dianna L. Kelli, beyin funksiyası ilə qidalanma arasında güclü əlaqə olduğunu iddia edir.

Bu barədə Lent.az məlumat verir:

Gluteni gündəlik yeyirik – amma bu ciddi nəticələr doğura bilər
Professorun fikrincə, gluten tərkibli qidaların istifadəsi bəzi psixi simptomlarla bağlı ola bilər. Bu hipotezanı o, İkinci Dünya Müharibəsi dövründəki əsgərlərlə bağlı məlumatları araşdırarkən irəli sürüb: buğda çatışmazlığı yaşanan dövrlərdə psixi xəstəliklərlə xəstəxanaya yerləşdirmələrin sayı azalmışdı.

Kelli həmçinin 1970-ci illərdə fəaliyyət göstərmiş psixiatr Körtiş Dohanın işlərini incələmişdir. Dohan bəzi insanların buğdasız pəhrizlə şizofreniyadan sağalması hallarını qeyd etmiş və Papua-Yeni Qvineya adalarında – buğdanın istifadə edilmədiyi yerlərdə – şizofreniya hallarının demək olar ki, rast gəlinmədiyini bildirmişdir.

Böyük klinik araşdırmalar və glutenə qarşı anticisimlər
Daha sonra Kelli bədənin gluteni qəbul etdikdə yaratdığı anticisimlərlə bağlı genişmiqyaslı klinik araşdırma aparıb və şizofreniya xəstələrinin bədənində gluteni tanıyan anticisimlərin səviyyəsinin yüksək olduğunu müəyyən edib. Bu nəticələr professoru belə düşünməyə vadar edib ki, glutənə həssas olan insanlar üçün beyin funksiyası ciddi şəkildə pəhrizdən təsirlənir. O, bu sahədə "Beyninizi taxıldan azad edin" adlı birgə müəllifliklə kitab da yazıb.

Glutene qarşı orqanizmin reaksiyası necə işləyir?
Gluten – buğda, arpa və çovdarda olan zülal qrupudur, hansı ki, çörək, makaron, şirniyyat kimi məhsullarda olur. Glutene qarşı həssaslığı olan insanlarda immun sistem bu zülalı xarici düşmən kimi tanıyır və bağırsaq divarlarında iltihab yaradır. Bu zaman gliadin adlı gluten zülalına qarşı anticisimlər yaranır. Bu da bağırsaq selikli qişasına zərər verir və "sızan bağırsaq" sindromuna səbəb olur. Nəticədə bu anticisimlər qan dövranına, oradan isə beyinə keçərək, "beyin dumanı", yorğunluq, emosional qeyri-sabitlik, narahatlıq, əhval dəyişikliyi, halüsinasiyalar və hətta dərmana tabe olmayan qıcolmalar yarada bilər.

Bəzi hallarda orqanizm öz beynini hücuma keçir
Bəzi insanlarda gliadinə qarşı olan anticisimlər, beyindəki oxşar reseptorlarla qarşılıqlı təsirə girərək, orqanizmin öz beyin toxumasını "düşmən" kimi tanımasına və ona hücum etməsinə – yəni autoimmun reaksiyaya səbəb ola bilər.

Bağırsaq və serotonin: Depressiyanın digər səbəbi
Serotonin – əhvalı tənzimləyən neyromediator – 95%-ə qədər bağırsaqda istehsal olunur. Onun sintezi bağırsaq mikrobiotasından asılıdır. Glutendən yaranan iltihablar mikrobiomu poza bilər və nəticədə serotonin səviyyəsi aşağı düşür. Bu isə depressiya və narahatlıq pozuntularına gətirib çıxara bilər.

Kimlər risk altındadır?
Ən çox görülən şikayətlər:

Beyin dumanı

Narahatlıq və depressiv əhval

Baş ağrısı və miqren

Oynaqlarda ağrı

DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu)

Şizofreniya (bu xəstələrdə tez-tez çölyaki və ya çölyakisiz gluten həssaslığı aşkarlanır)

Araşdırmalara görə, şizofreniya xəstələrinin 30%-ə qədəri gliadinə qarşı anticisimlərə malikdir və onların əksəriyyəti gluteni pəhrizdən çıxardıqdan sonra cəmi 3 həftəyə özlərini daha yaxşı hiss edirlər.

Nə etməli?
Diyetinizi dəyişməzdən əvvəl mütləq həkim və ya diyetoloqla məsləhətləşin, çünki glutenli qidalar fol turşusu və digər vacib qida maddələri ilə zəngindir və onların balanssız çıxarılması əlavə problemlər yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar