74 yaşlı ovçu qadını  maralla səhv salıb güllələdi
21 sentyabr 2026 19:07 (UTC +04:00)

74 yaşlı ovçu qadını maralla səhv salıb güllələdi

0

ABŞ-ın Delaver ştatında ov zamanı bir qadını güllələyərək öldürdüyünə görə 74 yaşlı bir kişiyə qarşı ittiham irəli sürülüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib.

Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed Ellendale şəhərində açıq sahədə bir qadının vurulması barədə polisə məlumat verildikdən sonra həbs edilib.

Polis zərərçəkənə ilk tibbi yardım göstərib, daha sonra qadın xəstəxanaya aparılıb və orada ölüb. Bazar günü polis zərərçəkənin Delaver ştatının Corctaun şəhərindən olan 39 yaşlı Santos Mariya Çilele Soto olduğunu müəyyən edib.

Müstəntiqlərin sözlərinə görə, Çilele Soto Murhed atəş açanda bir kişi və iki uşaqla birlikdə tarlada olub. Polis onun gizli bir yerdən ov etdiyini və maral gördüyünü düşünür. Daha sonra o, tüfəngdən atəş açaraq qadını vurub.

Murhedə adam öldürmə, ehtiyatsızlıqdan təhlükəyə atma və qanunsuz odlu silah saxlama ittihamları ilə ittiham irəli sürülüb.

Polis bildirib ki, saxlanıldıqdan sonra o, 43 min dollar girov müqabilində azadlığa buraxılıb.

Polis ölümcül atəşin səbəblərini araşdırmağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar