Cəbrayılda minaya düşən şəhid atasının SON DURUMU
09 oktyabr 2026 11:05 (UTC +04:00)

Cəbrayılda minaya düşən şəhid atasının SON DURUMU

0

Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 30 yaşlı kişi dünən saat 20:30-da Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2 mina partlayışı baş verib.

Birinci hadisədə Qəhrəmanov Orxan Əşrəf oğlu minaya düşərək xəsarət alıb. Daha sonra atası, 60 yaşlı Qəhrəmanov Əşrəf Elman oğlu da həmin ərazidə minaya düşüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu şəhid Ruhin Qəhrəmanovun atasıdır.

Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar