Ən zəif immunitetə sahib qan qrupu
05 sentyabr 2025 10:04 (UTC +04:00)

Ən zəif immunitetə sahib qan qrupu

0

Məlum olub ki, ən güclü immun potensiala məhz dördüncü qan qrupu daşıyıcıları malikdir. Beynəlxalq alimlər komandası orqanizmi infeksiyalardan ən yaxşı qoruyan qan qrupunu müəyyənləşdirmək üçün bir sıra tədqiqatlar aparıb. Nəticələr göstərib ki, dördüncü qan qrupu sahiblərində immun potensial ən yüksək səviyyədədir.

Lent.az bu qan qrupunu təqdim edir:

Məhz bu qrupun daşıyıcılarında halların 92%-də interferonların aktiv istehsalı qeydə alınıb. Interferonlar viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizədə əsas rol oynayan zülallardır. Bu göstərici maksimum sayılır və orqanizmin xarici təhdidlərə effektiv reaksiya vermə qabiliyyətindən xəbər verir. İkinci yerdə üçüncü qan qrupu sahibləri qərarlaşıb: onların immun sistemi interferon istehsalını təxminən 91% hallarda işə salır ki, bu da çox yüksək qorunma səviyyəsi hesab olunur. Birinci qan qrupunda isə bu göstərici 80% ətrafındadır, lakin bu da infeksiyalara qarşı kifayət qədər yaxşı dayanıqlılıq deməkdir. Ən zəif nəticə isə ikinci qan qrupunun daşıyıcılarında qeydə alınıb: onların orqanizmi interferonları cəmi 40% hallarda istehsal edir. Bu isə immun sisteminin daha zəif işləməsi və xüsusilə mövsümi virus xəstəlikləri zamanı əlavə diqqət tələb etməsi deməkdir. Alimlər vurğulayır ki, qan qrupu yalnız immun cavabın gücünə deyil, həm də müəyyən xəstəliklərə meyilliyə təsir göstərir. Məsələn:

Birinci qan qrupu sahiblərində ürək-damar sistemi daha dayanıqlı olur, lakin mədə xorası riski yüksəkdir.

İkinci qan qrupu daşıyıcıları daha çox autoimmun pozğunluqlardan və bəzi xərçəng növlərindən əziyyət çəkirlər.

Üçüncü qan qrupu insanlarda sidik-cinsiyyət sistemi infeksiyalarına meyllilik müşahidə olunur.

Dördüncü qan qrupu ən nadir hesab olunur, qan laxtalanma pozğunluqları riskini artırsa da, ən güclü antivirus müdafiəsini təmin edir.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar