Günün ikinci yarısında qan təzyiqini  necə aşağı salmaq olar? - 5 sadə addım
29 yanvar 2026 16:17 (UTC +04:00)

Günün ikinci yarısında qan təzyiqini necə aşağı salmaq olar? - 5 sadə addım

0

Mütəxəssislər tövsiyə edirlər ki, günün ikinci yarısında yaşanan stresli saatların arterial təzyiqin kəskin yüksəlməsinə səbəb olmasına imkan verməyin bunun üçün bir neçə sadə fəndi sınamaq olar. Bu üsulları öz gündəlik rejiminizə uyğunlaşdırmaq çox asandır.

Lent.az bu 5 sadə addımı təqdim edir:

Böyüklərin demək olar ki, yarısı yüksək qan təzyiqi ilə yaşayır. Yüksək təzyiq ürək xəstəlikləri, infarkt və insult kimi problemlərin riskini artırır. Vəziyyəti çətinləşdirən əsas məqamlardan biri odur ki, yüksək təzyiq çox vaxt gizli olur, çünki nadir hallarda simptom verir.

Dərmanlar yüksək təzyiqin nəzarətdə saxlanılmasında mühüm rol oynaya bilsə də, həyat tərzi vərdişləri də böyük əhəmiyyət daşıyır. Üstəlik, onların bir çoxunu evdə və ya iş masası arxasında rahatlıqla tətbiq etmək mümkündür. Faydalı vərdişləri istənilən vaxt başlamaq yaxşıdır, amma ən uyğun anlardan biri məhz günün ikinci yarısıdır.

Günün ikinci yarısı arterial təzyiq sıçrayışları üçün yüksək risk dövrüdür, çünki stress, yorğunluq və düzgün olmayan qida seçimi tez-tez yığılır. Kiçik, amma ardıcıl vərdişlər böyük fərq yaradır. Aktiv iştirak edən, həyat tərzinə şüurlu yanaşan, göstəricilərini izləyən və problemləri erkən mərhələdə həll edən pasiyentlər uzunmüddətli perspektivdə ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırırlar.

Kardioloqlar daha sağlam qan təzyiqini qorumaq üçün aşağıdakı 5 sadə vərdişi tövsiyə edirlər:

Daha çox hərəkət edin

İstər sürətli gəzinti olsun, istərsə də ofisdə bir neçə qısa hərəkət və dartınma hərəkətə vaxt ayırmaq sağlam qan təzyiqi üçün əsas şərtdir. Kardioloq, tibb elmləri doktoru Tarak Rambhatlanın sözlərinə görə, günün ikinci yarısı bunun üçün xüsusilə faydalı ola bilər.

Bu zaman adətən stress ən yüksək səviyyəyə çatır. Bundan başqa,

“Təzyiq günün ikinci yarısında təbii olaraq yüksəlir, amma yüngül aerob aktivlik buna qarşı təsir göstərir damarları rahatladır və qan dövranını yaxşılaşdırır”, - o izah edir. “

Həmçinin bu, gündəlik iş rutinindən zehni fasilə verir ki, bu da damar müqavimətini azaldaraq və endotel funksiyasını yaxşılaşdıraraq təzyiqin düşməsinə kömək edir.

Profilaktik kardioloq, tibb elmləri doktoru Stiven Fenton da bununla razıdır.

“İnsanların çoxu günün ikinci yarısında daha çox oturaq olur. Qısa, planlı gəzinti, pilləkənlə qalxmaq və ya dartınma hərəkətləri sistolik təzyiqi 5-8 mm civə sütunu qədər azalda və bu təsiri bir neçə saat saxlaya bilər”, -  o bildirir.

Sağlam ara yemək seçin

Ürək üçün faydalı qidalanma rejiminin təzyiqə nəzarətdə əsas yer tutmasının bir səbəbi var: bu, effektivdir və elmi cəhətdən sübut olunub. DASH pəhrizini (Hipertoniyanın Dayandırılması üçün Pəhriz Yanaşmaları) nəzərdən keçirin. Bu qidalanma planı tam taxıllar və paxlalılardan alınan bol lif, müxtəlif meyvə və tərəvəzlərdən kalium, həmçinin qoz-fındıq, toxumlar və yağlı balıqlardan mono və poli-doymamış yağları nəzərdə tutur. Bu pəhriz tamamilə duzsuz deyil, amma natrium qəbulunu məhdudlaşdırır ki, bu da yüksək təzyiqin əsas səbəblərindən biridir. Bunu özünüz üçün istiqamət kimi qəbul edin.

Natriumu az, kaliumu çox olan qəlyanaltı seçimi məsələn, meyvələr, yoqurt, qoz-fındıq və ya tərəvəzlər natrium sıçrayışlarını məhdudlaşdırır və damarların rahatlamasına kömək edən qida maddələri verir. Sağlam qəlyanaltı seçməklə siz natriumdan və maye yığılmasına, damar sərtliyinə səbəb olan rafinə edilmiş karbohidratlardan uzaq durmuş olursunuz. Bu isə emal olunmuş qəlyanaltılarda daha çox müşahidə edilir.

5 dəqiqəlik nəfəs məşqləri fasiləsi edin

Dərin nəfəs, mindfulness (şüurlu diqqət) və ya sadəcə səs-küylü mühitdən uzaqlaşmaq sinir sistemini sakitləşdirərək təzyiqi azalda bilər. Rahatlama üsulları günün ortasında adətən pik həddə çatan hormonal stress reaksiyasını zəiflədir. Cəmi beş dəqiqə yavaş və nəzarətli nəfəs alma parasimpatik sinir sistemini aktivləşdirir, ürək döyüntüsünü azaldır və stresslə bağlı təzyiq sıçrayışlarını zəiflədir. Nəfəs məşqləri o qədər effektivdir ki, araşdırmalar onların sistolik və diastolik təzyiqi müvafiq olaraq 7 və 3 vahid azalda bildiyini göstərib.

Bir stəkan su və ya bitki çayı için

Susuzluq təkcə bədənin su balansına təsir etmir. O, təzyiqinizə də təsir göstərə bilər. Xüsusilə bir araşdırma göstərib ki, hipertoniyası olan insanlarda yüksək təzyiqi olmayanlara nisbətən bədəndə ümumi su səviyyəsi və hüceyrədaxili maye miqdarı daha az olub. Gün ərzində orqanizmi hidratlı saxlamaq üçün Fenton su və ya bitki çayı kimi maye balansını qoruyan içkilər içməyi tövsiyə edir.

“Bir stəkan su və ya bitki çayı damar funksiyasını dəstəkləyir və günün ikinci yarısında təzyiqin yüksəlmə meylini azaltmağa kömək edir”, - o bildirir.

Günün ikinci yarısında kofeindən imtina edin

O məşhur günorta latte-si və ya qəhvə, siz fərqinə varmadan təzyiqinizə faydadan çox zərər verə bilər. Araşdırmalar göstərir ki, kofein qısa müddətdə həm diastolik, həm də sistolik təzyiqi nəzərəçarpacaq dərəcədə yüksəldə bilir. Kofein təzyiqi artıra və axşam yuxuya getməyə mane ola bilər. Günün ikinci yarısında ondan uzaq durmaq göstəricilərin daha stabil qalmasına kömək edir. 

Bu o demək deyil ki, siz latte və ya bir fincan qəhvədən həzz ala bilməzsiniz sadəcə kofeinsiz variant seçin. Ya da daha yaxşısı, bir az bitki çayı için. Hər iki halda günorta təzyiq sıçrayışlarının qarşısını alacaq və daha rahat yatacaqsınız.

Bu vərdişlər praktikdir və onları adi günə asanlıqla daxil etmək mümkündür, bu da onları effektiv edir. Bu tetikleyicilərə qarşı duran sadə davranış faktorlarına fokuslanaraq pasiyentlər böyük həyat tərzi dəyişiklikləri etmədən təzyiqi daha stabil saxlaya bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar