Smartfonlarda sosial şəbəkə lentini uzun müddət fasiləsiz sürüşdürmək diqqət və yaddaşla bağlı problemlərlə əlaqəli ola bilər.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə qısa videoları və bir-birini əvəz edən məzmunları dayanmadan izləmək diqqətin bir tapşırıq üzərində cəmlənməsini çətinləşdirə bilər.
Bu vərdiş yuxu rejiminə də mənfi təsir göstərə bilər. Buna görə də ekran qarşısında keçirilən vaxta məhdudiyyət qoymaq və müntəzəm fasilələr vermək tövsiyə olunur.