Həkimlər 10 ildir tapa bilmmirdilər:  ChatGPT nadir xəstəliyin diaqnozunu qoydu
08 iyul 2025 02:52 (UTC +04:00)

Həkimlər 10 ildir tapa bilmmirdilər: ChatGPT nadir xəstəliyin diaqnozunu qoydu

Reddit istifadəçisi simptomları və laboratoriya nəticələrini ChatGPT-yə daxil etdikdən sonra həkimlərin 10 ildən artıqdır diaqnoz qoya bilmədiyi sirli xəstəliyin düzgün diaqnozunu tapıb.

Lent.az xəbər verir ki, geniş tibbi müayinələrə və mütəxəssis həkimlərə baxmayaraq, xəstəyə diaqnoz qoymam mümkün olmayıb və xəstə ChatGPT ilə  məsləhətləşərək məsələnin həllini tapıb.

@Adventurous-Gold6935 adlı Reddit istifadəçisi, bütün simptom tarixini və laboratoriya məlumatlarını ChatGPT-yə daxil etdikdən sonra süni intellekt onun simptomlarının "homozigot A1298C MTHFR" adlı nadir genetik mutasiyaya uyğun gəldiyini deyib.

Bu, bədənin B12 vitaminini necə istifadə etdiyinə təsir edir və normal B12 səviyyələrinə baxmayaraq, xəstənin niyə özünü pis hiss etdiyini izah edir.

Xəstə ChatGPT-nin təklifini öz həkiminə göstərib və həkim əlavə müayinədən sonra diaqnozu təsdiqləyib.

Daha sonra həkim diaqnoza uyğun olaraq xəstənin müalicəsinə başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar