İlon Maskın X sosial şəbəkəsinin  insanların psixikasına   mənfi təsir etdiyi AŞKARLANDI
10 mart 2024 11:20 (UTC +04:00)

İlon Maskın X sosial şəbəkəsinin insanların psixikasına mənfi təsir etdiyi AŞKARLANDI

Kanada Toronto Universitetinin alimləri sahibkar İlon Maska məxsus X sosial şəbəkəsinin (keçmiş Twitter) insanların psixi sağlamlığına təsirini araşdırıblar. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, məlum olub ki, sosial şəbəkədə olmaq insanların əhval-ruhiyyəsini pisə doğru dəyişə bilər.

Tədqiqat üçün 252 nəfərdən ibarət qrup yaradılıb ki, onların xarakterindəki psixoloji dəyişiklikləri təhlil etmək üçün həftədə ən azı iki dəfə sosial şəbəkəyə daxil olmalı idilər. Məlumat 2021-ci ilin mart və iyun ayları arasında toplanıb.

İştirakçılar bir həftə ərzində gündə beş dəfə alimlərin suallarını cavablandırmalı olublar. Suallar platformadakı istifadəçilərin fəaliyyətinə aid olub.

Məlumata görə, ümumilikdə sosial şəbəkədən istifadə insanların rifah hissini azaldıb. Həm də X-də uzun müddət qalmaq insanları cansıxıcı və tənha hiss etdirib. Bundan əlavə, elm adamları effektiv qütbləşmədə kiçik bir artım görüblər ki, bu da insanların bəzi məsələlərdə fikirlərini dəstəkləmədikləri qruplarla mübahisə etmək istəyinin kəskinləşdiyini göstərir. Könüllülər arasında qəzəb hissi də güclənib.

Eyni zamanda, eksperiment zamanı məlum olub ki, yazılar dərc edildikdə və şərhlərdə müəyyən müzakirələrdə iştirak etdikdə insanların mənsubiyyət hissi artır.

Araşdırmanın aparıcı müəllifi Viktoriya Oldemburqo de Mello deyib: "Tədqiqatımızın əsas tapıntısı X istifadəsi ilə bəzi mənfi nəticələr arasında potensial əlaqə idi".

# 2049
avatar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15