İmsak vaxtı necə qidalanmalıyıq?
29 mart 2023 13:56 (UTC +04:00)

İmsak vaxtı necə qidalanmalıyıq?

Ramazanda imsak vaxtı qidalanmaq çox vacibdir. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, dietoloq Gözde Karaca bildirib ki, yanlış qidaların istehlakı artıq çəkiyə, həm də sağlamlıq problemlərinə səbəb ola bilər. 

Onun sözlərinə görə, Ramazanda ən çox edilən səhvlərdən biri də imsakda yemək yemədən oruc tutmağa çalışmaqdır:

“Sahursuz oruc tutan insanlar qəbizlik, qanda şəkərin azalması, təzyiq problemləri və susuzluq kimi əlamətlərlə qarşılaşa bilərlər. Sahurda istehlak etdiyimiz qida yuxuya getməyimizi çətinləşdirməməli, kifayət qədər vitamin və mineral ehtiva etməlidir.

Sahurda ağır və yağlı yeməklərə üstünlük vermək həm mədəni yorar, həm də kökəlməyə səbəb olar. Bu vaxt daha yüngül və balanslı qidalara üstünlük verilməlidir. Bizi daha çox susuzlaşdıracaq, daha çox ac qoyacaq, mədəmizi yoracaq xəmir, qızardılmış qidalardan uzaq durmaq daha faydalı olacaq”.

# 1617
avatar

Arzu Qurbanlı

Oxşar yazılar