Musiqinin bilmədiyiniz 5 gözlənilməz faydası
20 dekabr 2025 17:41 (UTC +04:00)

Musiqinin bilmədiyiniz 5 gözlənilməz faydası

0

Musiqi dinləmək təkcə əhval-ruhiyyəni yüksəltmir, eyni zamanda sağlamlığı möhkəmləndirir, diqqəti artırır və beynin fəaliyyətini stimullaşdırır. Mütəxəssislər bildirirlər ki, musiqinin həm orqanizmə ümumi təsiri var, həm də psixoloji vəziyyətə müsbət təsir göstərir.

Bu barədə Lent.az xarici mediaya istinadla məlumat yayıb.

Musiqi təşvişi azaldır

Araşdırmalara görə, musiqi dinləmək stressi fizioloji səviyyədə azalda və hətta depressiya əlamətlərini yüngülləşdirə bilər. Mütəxəssislər bunun bir neçə mexanizm vasitəsilə baş verdiyini qeyd edirlər: yavaş temp və yumşaq səslənmə ürək döyüntüsünü və arterial təzyiqi azaldır, emosiyaları tənzimləyir, limbik sistemi aktivləşdirərək dopamin və endorfinlərin ifrazını artırır, diqqəti yayındıraraq narahat və təkrarlanan fikirlərin azalmasına kömək edir, ritmik musiqi nəfəsin dərin və sakit olmasına şərait yaradır

Əhval-ruhiyyəni yüksəldir

Musiqi sevinc, məmnunluq və ağrının azalmasına cavabdeh olan dopamin, serotonin və endorfinlərin ifrazını stimullaşdırır. Dinləmə prosesi eyni anda həm limbik sistemi (emosiyalar), həm də prefrontal qabığı (diqqət və analiz) aktivləşdirir. Bu da emosional və zehni reaksiyaların birgə güclənməsinə səbəb olur. Sürətli ritm isə enerjini artırır, aktivliyi stimullaşdırır və motivasiya ilə məhsuldarlığı yüksəldə bilər.

İdman üçün motivasiya yaradır

Musiqi fiziki məşqlərin keyfiyyətinə də müsbət təsir göstərir. Sevilən və ritmik melodiyalar dopamin səviyyəsini artıraraq məşqi daha zövqlü edir və tənbəlliyi aradan qaldırmağa kömək edir. Xüsusilə sürətli temp hərəkət tezliyini və dözümlülüyü artırır.

Mütəxəssislər maksimum effekt üçün kardio məşqləri zamanı dəqiqədə 120–140, güc məşqləri üçün isə 100–130 zərbəlik ritmə malik musiqiləri tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar