Onkologiyada sıçrayış:  ağır xəstələr ilk dəfə müalicə olundu
11 dekabr 2025 16:24 (UTC +04:00)

Onkologiyada sıçrayış: ağır xəstələr ilk dəfə müalicə olundu

0

Həkimlər qan xərçənginin ən təhlükəli növlərindən biri olan çoxsaylı mielomanın müalicəsində heyrətamiz elmi irəliləyiş əldə olunduğunu açıqlayıblar. Yeni immunoterapiya metodu əvvəllər ümidsiz hesab edilən xəstələrdə uzunmüddətli remissiya yaradıb və mütəxəssislər ilk dəfə ehtiyatla da olsa, tam sağalma ehtimalından danışırlar. Çoxsaylı mieloma uzun illər ərzində sağalması mümkünsüz xəstəlik kimi qəbul edilirdi. Şiş sümük iliyini zədələyir və müalicə uğurlu olsa belə, demək olar ki, daim geri qayıdır. Lakin yeni tədqiqat minlərlə insana ümid verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər xəstənin öz immun sistemini işə salan xüsusi müalicə tətbiq edərək əvvəllər qeyri-mümkün sayılan nəticələr əldə ediblər.

Beş il həyat - xəstəliksiz və müalicəsiz

Tədqiqatda ağır, terapiyaya davamlı forma mielomadan əziyyət çəkən 97 xəstə iştirak edib. Onların əksəriyyətinə həkimlər cəmi bir-iki il ömür biçirdi.

Xəstələrə laboratoriyada xüsusi hazırlanmış və xərçəng hüceyrələrini məhv etmək üçün modifikasiya olunmuş immun hüceyrələrinin bir dozası verilib. Beş il sonra 82 nəfər həyatda qalıb, özlərini yaxşı hiss edir, əlavə müalicəyə ehtiyac duymurlar. Bir çox xəstənin analizlərində şiş izləri aşkarlanmayıb.

“Bu insanlar artıq sağalma meyarlarına cavab verirlər”,- deyə Nyu-Yorkdakı Maunt-Sinay xəstəxanasından professor Sundar Cağannat bildirib.

Britaniyalı mütəxəssislər də nəticələri yüksək qiymətləndiriblər. Professor Qrem Cekson terapiyanı “mielomanın bu günə qədər mövcud olan ən təsirli müalicəsi” adlandıraraq, tam sağalma haqqında indiyə qədər heç kimin danışmadığını etiraf edib.

CAR T-terapiya necə işləyir?

Bu irəliləyiş CAR T-hüceyrə texnologiyası sayəsində mümkün olub. Proses aşağıdakı kimidir:

Xəstədən immun sisteminə aid T-hüceyrələr götürülür; laboratoriyada bu hüceyrələr mieloma hüceyrələrini tanıyıb məhv edəcək şəkildə yenidən proqramlaşdırılır, milyonlarla dəyişdirilmiş hüceyrə xəstəyə geri verilir. 

“Yenilənmiş” T-hüceyrələr bədəndə xərçəng hüceyrələrini axtarıb məhv edir. Metod hətta şişin sümük iliyinin dərinliyində gizləndiyi və sümükləri dağıtdığı, ağır fəsadlara səbəb olduğu hallarda belə yüksək effektivlik göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar