Dalyan Tibb Universitetindən olan çinli alimlərdən ibarət bir qrup araşdırma aparıb və məlum olub ki, orta səviyyədə pivə istehlakı bağırsaq sağlamlığına və daha güclü immunitet sisteminə müsbət təsir göstərə bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polifenollar, lif və pivənin digər komponentləri bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdıraraq faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edə bilər.
Alimlər qeyd ediblər ki, pivə köhnə fermentləşdirilmiş içki kimi amin turşuları, vitaminlər, mikroelementlər və orqanizmin fizioloji funksiyalarına müsbət təsir göstərən digər maddələrlə zəngindir.
Səməni və serbetçiotunun tərkibində olan polifenollar bağırsaq mikrobiomu ilə qarşılıqlı əlaqədə mühüm rol oynayır. Onlar pivə substratlarının çevrilməsində, bioloji aktiv məhsulların formalaşmasında iştirak edir və bağırsaqlarda mikroorqanizmlərin tərkibinə təsir göstərirlər. Pivənin bəzi komponentləri probiyotiklərdən daha güclü təsir göstərə bilər.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, alkoqolun bağırsaq mikrobiomuna təsirinin, xüsusən təhlükəsiz istehlak kontekstində əlavə öyrənilməsinə ehtiyac var. Onlar vurğulayırlar ki, pivənin faydaları yalnız orta dərəcədə spirt istehlakı ilə bağlıdır.

Pivədə unikal müalicəvi xüsusiyyəti tapıldı - ARAŞDIRMA
Oxşar yazılar

Ağlayanda orqanizmdə nə baş verir?
13 iyul 2025 , 12:50
Sizə əbədi arıqlamağa kömək edəcək yeganə pəhriz – Ekspertlər nəyi tövsiyə edir?
13 iyul 2025 , 10:32
Kimlərə göyəm yemək olmaz? - Açıqlanan 3 risk qrupu
12 iyul 2025 , 17:42
Kofe təzyiqi artırırmı? – Kardioloqdan CAVAB
11 iyul 2025 , 16:43
İsti vanna, yoxsa sauna? - Sağlamlıq üçün hansı daha faydalıdır
11 iyul 2025 , 12:50
Dərmanı susuz necə udmaq olar? – Əczaçı gözlənilməz üsulu AÇIQLADI
11 iyul 2025 , 09:54
Dünyanın ən nadir qan qrupu aşkarlandı
11 iyul 2025 , 04:39