Sağlam saçlar   üçün nə etmək lazımdır?
21 iyul 2023 15:16 (UTC +04:00)

Sağlam saçlar üçün nə etmək lazımdır?

Dermatoloq Ranjan Upadhuya parlaq dəri və sağlam saçlar üçün istifadə olunan təbii yağı açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dermotoloqun fikrincə, avokado yağı həm dəri, həm də saç üçün çox faydalıdır.

Onun sözlərinə görə, avokado yağı Omeqa-3 yağ turşuları, E vitamini və lesitinlə zəngindir:

“Avokado yağının kiçik molekulyar çəkisi onun üz və baş dərisi tərəfindən asanlıqla sorulmasına imkan verir. Uzunmüddətli nəmləndirməni təmin edir və hətta saç artımını stimullaşdırır.

Avokado yağı tərkibindəki yüksək monodoymamış yağ və E vitamini konsentrasiyası sayəsində ən quru dərini belə dərindən nəmləndirir. Dərini elastik və hamar saxlayan və qocalma əlamətləri ilə mübarizə aparan qoruyucu maneə yaradır. Bu yağ saça qulluq, saç köklərini qidalandırmaq, saç tökülməsinin qarşısını almaq və quru, zədələnmiş telləri bərpa etmək üçün idealdır. Saçlarınızı yumşaq, hamar və parlaq edir.

Avokado yağı günəş kremini əvəz etməsə də, dərini zərərli UV şüalarından qoruyaraq təbii günəşdən qoruyur”.

# 2034
avatar

Arzu Qurbanlı

Oxşar yazılar