Saqqız çeynəməyin baş ağrılarına təsiri
28 mart 2023 10:11 (UTC +04:00)

Saqqız çeynəməyin baş ağrılarına təsiri

Lent.az xarici KİV-ə istinadən sizə baş ağrıları üçün təbii tövsiyələri təqdim edir:

  Bu gün sizə baş ağrıları üçün təbii məsləhətlərdən danışırıq. Mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.  

• Soyuq tətbiq. Əgər başınızda miqren tutdusa, alnınıza soyuq dəsmal və ya buzlu kompres qoyun. Bu tətbiq miqren ağrılarını aradan qaldırmağa kömək edir. Amma buzlu kompresi başda 15 dəqiqə saxlayıb 15 dəqiqə ara verərək bu prosesi davam etdirmək doğrudur.

• Təpə tipi baş ağrınız varsa da, yenə soyuq kompres edin və ya qaranlıq bir yerdə oturun.

• Gərginlik tipli baş ağrınız varsa, başınızın arxasına istilik yastığı (qrelka) və ya isti dəsmal qoyun.

• Sinus baş ağrınız varsa, ağrıyan nahiyəyə isti dəsmal çəkin və ya isti duş qəbul edin.

• Saqqız çeynəməyin, çünki bu, təkcə çənəni deyil, başı da yora, zədələyə bilir. Eyni şey dırnaq, dodaq, yanaq içi və ya qələm çeynəməyə də aiddir. Kövrək və yapışqan qidalardan uzaq durun. Gecə dişlərinizi sıxırsınızsa, diş həkimindən ağız qoruyucusu istəyin. Bu da baş ağrılarınızı azalda bilir.

• Maye qəbulu. Bol maye içmək lazımdır. Maye qəbulunun olmaması baş ağrılarına səbəb olur və insanın halını pisləşdirir.

• Baş dərisinə basqı. Əgər gün ərzində saçlarınızı at quyruğu kimi saxlayırsınızsa və ya çox sıx yığmısınızsa, bu, baş ağrısına səbəb ola bilir. Bu "xarici sıxılma baş ağrıları" papaq, baş bandı və sıx üzgüçülük eynəklərinin taxılması səbəbindən də baş verir. Əgər baş ağrınız bunlara bağlıdırsa, saçlarınızı bir az boş toplayın.

• Qaranlıq. Kompüter ekranından yayılan parlaq və ya yanıb-sönən işıqlar miqren hücumuna səbəb ola bilir. İşıqla bağlı baş ağrılarınız varsa, gün ərzində pəncərələri tünd pərdələrlə örtə və ya günəş gözlüyü taxa bilərsiniz. Kompüterin ekranına parıltı əleyhinə ekranlar əlavə etmək lazımdır. İşıqlandırmanız üçün gün işığı spektrinin flüoresan lampalarından istifadə etmək faydalıdır. 

• Kofein qəbul edin. Çay və qəhvə kimi tərkibində kofein olan içkilərin qəbulu da baş ağrılarına yaxşı təsir göstərir.

• Gərnəşmə tətbiqi. Gərmə hərəkətləri, yoqa, meditasiya və ya əzələlərin rahatlaması baş və digər ağrı növləri üçün faydalıdır.

• Masaj. Boynunuzu bir neçə dəqiqə masaj etmək stressin səbəb olduğu gərginlik baş ağrısını aradan qaldırmağa kömək edir.

  Başa masaj təzyiq nöqtələri haralardır?

  Baş ağrılarını müalicə etmək vücudunuzdakı xüsusi təzyiq nöqtələrinə basmaq qədər sadədir. Məsələn, temporal sümüklərdəki baş ağrılarını aradan qaldırmaq üçün onlara yumşaq şəkildə basın və dairəvi hərəkətlərlə yavaş-yavaş ovuşdurun.

  Göz yorğunluğundan yaranan baş ağrılarını aradan qaldırmaq üçün şəhadət barmaqlarınızın ucları ilə qaşlarınızın orta nöqtəsinə basın, buraxın və ya kiçik dairələrdə bir dəqiqəlik təzyiq tətbiq edin və buraxın.

  Baş barmağınızla şəhadət barmağınızın arasındakı nöqtəni ovuşdurmaq stres, baş və digər ağrıları aradan qaldırmağa yardım olur. Bunun üçün sol əlinizdəki baş barmağınızın dibi ilə şəhadət barmağınız arasındakı boşluğu tapın. Sağ baş və şəhadət barmağınızla bu nöqtəyə 4-5 saniyə basın. Təzyiq edərkən baş barmağınızı yavaş-yavaş bir dairədə fırladın. Eyni şəkildə də bunu sağ əlinizə tətbiq edin.

• Efir (esansiyel) yağlarını sınayın. Tibbi nanə və lavanda efir yağları baş ağrılarını aradan qaldırmaq üçün çox faydalıdır. Hər ikisi ağrıları aradan qaldırmağa kömək edən sakitləşdirici xüsusiyyətə malikdir.

  Temporal sümüklərə az miqdarda nanə efir yağı sürtmək baş ağrılarını aradan qaldırır. Amma yağı qətiyyən gözlərinizə yaxın heç bir yerə sürtməyin.

  Lavanda efir yağından istifadə edərək aromaterapiya tətbiq etmək də miqren baş ağrılarını aradan qaldırmaq üçün təsirli və təhlükəsiz bir yoldur. Onu efir yağının diffuzorunda yayın və ya ovuclarınıza az miqdarda sürtün, sonra əllərinizi ovuşdurun və qoxunu içinizə çəkin.

• Qidalar. Badam və albalı kimi zülal və liflə zəngin qidalar da baş ağrılarının qarşısını alır.

• Maqnezium qəbul edin. Tünd şokolad, quru əncir, tahin, çiy badam, skumbriya və çiy balqabaq tumlarında bol olan maqnezium baş ağrısına çarədir. Miqren və ya gərginlik baş ağrıları keçirən insanların əksəriyyətində beyində maqnezium səviyyəsi aşağı olur.

• Zəncəfil çayı da miqrenli insanlarda ağrıları aradan qaldırmağa kömək edir.

# 906
avatar

Cavidan HUN

Oxşar yazılar