Səhər yeməyi ilə bağlı   etdiyimiz SƏHVLƏR
05 dekabr 2023 18:41 (UTC +04:00)

Səhər yeməyi ilə bağlı etdiyimiz SƏHVLƏR

Qidalanma mütəxəssisi Daryl Joffre insanların səhərlər ən çox etdikləri səhvləri sadalayıb. 

Lent.az xəbər verir ki, səhər necə oyanmağımız gün içindəki əhval-ruhiyyəni təyin edir. Buna görə də günə düzgün hərəkətlərlə başlamaq vacibdir. 

Mütəxəssisin fikrincə, bir çox insanlar səhər yeməyini təşkil edərkən ən çox yayılmış bir neçə səhvə yol verir. Məsələn, səhər yeməyində meyvə, xüsusilə banan yemək səhv qərardır. Onların tərkibində çox miqdarda şəkər var. Bu da qanda qlükoza səviyyəsinin günün erkən saatlarında yüksəlməsinə, sonra enerjinin sürətli və azalmasına səbəb ola bilər. 

Başqa bir səhv səhərlər kifayət qədər maye qəbul etməməkdir. Bu zaman kifayət qədər maye qanı seyrəltməyə və bədənin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir. Buna görə də yuxudan oyandıqdan dərhal sonra bir stəkan ilıq su içməyi vərdiş halına gətirməyə dəyər. 

Sonda yanlış qərarlardan biri isə səhər yeməyi üçün taxıl bitkilərin istifadəsidir. Mütəxəssis vurğulayır ki, emal üsulu taxılın qida dəyərinin qorunub saxlanmasını aradan qaldırır və çoxlu miqdarda şəkər, dad artırıcılar, müxtəlif əlavələr və süni ləzzətlər belə sıyığı sağlam etmir. Buna görə də adi üsulla hazırlanmış sıyığa üstünlük vermək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7635
avatar

Sevinc Fərid

Oxşar yazılar