"Səssiz infarkt"ın  ÜÇ GİZLİ ƏLAMƏTİ
26 sentyabr 2022 09:09 (UTC +04:00)

"Səssiz infarkt"ın ÜÇ GİZLİ ƏLAMƏTİ

Ürək böhranının diaqnozunun sürəti birbaşa xəstənin sağ qalma ehtimalı və minimal əlilliyi ilə bağlıdır.

Lent.az xarici mediaya istinadla infarktın aşkar əlamətləri haqqında bilmək qədər vacib olan gizli əlamətlərini təqdim edir. 

Soyuq tər

Damarların tıxanması halında, ürək qanı bədən ətrafında hərəkət etdirmək üçün daha çox təzyiqlə işləyir. Belə bir əlavə yük olması halında, temperaturu azaltmaq üçün bədən daha da tərləyə bilər. Səhər və ya gecənin ortasında oyandıqdan sonra soyuq tər və ya dərinin rütubətli olduğunu hiss edirsinizsə, həkiminizə müraciət etməlisiniz.

Mədə pozğunluqları

Siz həmçinin infarktdan əvvəl yüngül həzmsizlik və digər mədə-bağırsaq problemləri ilə qarşılaşa bilərsiniz (bu, qadınlarda daha çox olur). Bu əlamətlərə diqqət yetirmək və hansı yaşda baş verməsindən asılı olmayaraq həkimə müraciət etmək vacibdir.

Qusma və ürəkbulanma

Ürək bulanması və qusma da qarın ağrısı ilə müşayiət oluna bilər. İnsanlar tez-tez bu əlamətləri qrip və ya zəhərlənmə hesab rədd edirlər.

Ürək böhranının ən çox görülən əlamətlərindən bəziləri qəflətən baş verən və keçməyən sinə ağrısı və ya narahatlıqdır. Sinə içində təzyiq, sıxılma və ya ağırlıq hiss edə bilərsiniz.

# 6453
avatar

Oxşar yazılar