“Susmaq orucu”  nədir?  -  “Susmaq qızıldır” deyənlər haqlı imiş
25 iyun 2024 12:23 (UTC +04:00)

“Susmaq orucu” nədir? - “Susmaq qızıldır” deyənlər haqlı imiş

Şotlandiyalı 77 yaşlı müğənni Lulu hər gün  12 saat “nitq orucu” tutur.  Hər gün günortaya qədər səssiz qalan müğənni deyib ki, səs tellərini qorumaq və beynini artıq yüklərdən qorumaq üçün bunu edir.

Lent.az-ın xəbərinə görə, “Susmaq orucu” sadəcə olaraq yeni çağın məşhurlarının dəbi deyil, bunun əsrlər boyu müxtəlif mədəniyyətlərdə fərqli adlar altında tətbiq edildiyi bilinir. 

Hind fəlsəfəsində mouna adlı oruc növü var. Onlar bunu ilahini dərk etmək üçün istifadə ediblər. Elə Sufilər də 40 gün heç kimlə ünsiyyət qurmayıb, inzivaya çəkilər, ununla  mənəvi yüksəlişə çatardılar.

"Nitq orucu" qeyri-adi bir təcrübə olsa da, onun  orqanizmə  müxtəlif faydaları var. Bu beyni tamamilə təmizləyir, fiziki aktivliyi artırır, yorğunluğu götürür.

2005-ci ildə aparılan bir araşdırmaya görə, sükut dövrləri “nitq orucu” tətbiq edən iştirakçılarda qan təzyiqinin aşağı düşməsi aşkarlanıb. Dünya tibbi bunu artıq alternativ kimi tətbiq edir.

Bu təcrübə kortizol (stress hormonu) səviyyələrini azaltmağa kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar