Həkimlər dərmanlara qarşı davamlılığı artan və insan beynini yoluxdura bilən “Candida auris” göbələyinin artan təhlükəsi barədə xəbərdarlıq ediblər.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
"Ümumdünya Səhiyyə Təşkilatının insanlar üçün ən ölümcül 19 xəstəliyinin siyahısına daxil etdiyi “Candida auris” göbələyi bütün dünyada yayılır", - nəşr yazır.
Məlumata görə, göbələyin son qurbanı BƏƏ-nin Ras əl-Xaymə şəhərinin 34 yaşlı sakini olub.
Həmin şəxs qəza nəticəsində ağır kəllə-beyin travması alıb, bundan sonra əməliyyat olunub, lakin sağalmayıb.
Həkimlər analizlər aparıb və müəyyən ediblər ki, kişinin beynində “Candida auris” virusu var.
Mütəxəssislər, göbələklərin qəzadan sonra beyinə xəsarətlər vasitəsilə daxil olduğunu irəli sürüblər.
ÜST-ün məlumatına görə, “Candida auris”dəm ölüm riski orta hesabla hər üç yoluxma hadisəsindən birində baş verir.
Göbələklərin ölümcül olmasının səbəbi kənd təsərrüfatında və səhiyyədə göbələk əleyhinə dərmanların həddindən artıq istifadəsidir ki, bu da “Candida auris”də belə dərmanlara qarşı müqavimətin inkişafına kömək edib.