Yüksək təzyiqi azalda bilən 3 dadlı qida
03 oktyabr 2025 10:43 (UTC +04:00)

Yüksək təzyiqi azalda bilən 3 dadlı qida

0

Düzgün pəhriz qan təzyiqini normal saxlamağa kömək edir və bu, dadlı yeməklərdən imtina etmək demək deyil. Sevdiyimiz bir çox qidalar tərkibindəki faydalı maddələr sayəsində təzyiqi təbii yolla azaltmağa kömək edir.

Lent.az təzyiqi salan qidaları təqdim edir:

1. Tünd şokolad
Şirniyyat sevənlər üçün yaxşı xəbər: tünd şokolad təzyiqin normallaşmasına kömək edə bilər. Bunun səbəbi kakaoda olan flavanollardır. Flavanollar qan damarlarını rahatlaşdırır və genişləndirir, nəticədə təzyiq aşağı düşür. Araşdırmalar göstərib ki, tünd şokolad həm sistolik (yuxarı), həm də diastolik (aşağı) təzyiqi azalda bilir. Ən güclü təsir yüksək və ya artmış təzyiqi olan insanlarda müşahidə olunub.
Maksimal fayda üçün tərkibində ən azı 70% kakao olan şokolad seçilməlidir.

2. Çiyələk
Mütəmadi olaraq çiyələk yemək də təzyiqi salmağa kömək edir. Çiyələyin tərkibindəki flavonoidlər (antoçianlar və proantoçianidinlər) qan dövranını yaxşılaşdırır və təzyiqi azaldır.
Vitamin C güclü antioksidant təsir göstərir.
Vitamin B9 (fol turşusu) qırmızı qan hüceyrələrinin əmələ gəlməsini dəstəkləyir.
Kalium natriumun təsirini azaldır və damar divarlarını rahatlaşdırır.
Lif (kletçatka) ürək-damar sağlamlığı üçün vacibdir və təzyiqin idarə olunmasına kömək edir.

3. İsveçrə pendiri
Ürək sağlamlığı üçün pendirdən tamamilə imtina etmək lazım deyil sadəcə düzgün növünü seçmək kifayətdir. İsveçrə pendiri yüksək təzyiqə qarşı faydalı ola bilər, çünki onun tərkibində natrium miqdarı azdır (təxminən 53 mq hər porsiyada).
Aşağı duzlu pəhriz təzyiqin azaldılması üçün tövsiyə olunur. Bundan başqa:
İsveçrə pendiri kalsiumla zəngindir, bu isə ürək sağlamlığı üçün vacibdir.
Onun tərkibində damarları rahatlaşdırmağa kömək edən bioloji aktiv peptidlər var. Araşdırmalar sübut edib ki, bu peptidlər qan təzyiqini azaltma xüsusiyyətinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar