Yuxusuzluk bu qorxulu xəstəliyə də SƏBƏB OLUR
09 iyun 2023 13:07 (UTC +04:00)

Yuxusuzluk bu qorxulu xəstəliyə də SƏBƏB OLUR

Alimlər yuxusuzluqdan əziyyət çəkən insanların təxminən 10 ildən sonra insult riski ilə üzləşə biləcəyini müəyyən ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib.

Orta yaş həddi 61 olan tədqiqat qrupunda olan insanların 57 faizi qadınlardır. Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırması (HRS) məlumatlarından istifadə edərək, Dr. Vendemi Savadoqo və komandası insult riski ilə yuxusuzluq əlamətlərini əlaqələndirib.

Virciniya Birlik Universitetindən Savadoqonun tapıntıları, yuxusuzluğu olmayan insanlarla müqayisədə "yüngül" və "ağır" yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib.

Savadoqo, şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.

Digər tərəfdən, yuxusuzluğu olmayan 50 yaşdan yuxarı insanlara nisbətən bu problemi olan 50 yaşdan aşağı insanlarda insult riskinin daha yüksək olduğu müəyyən edilib. Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bir çox müalicənin olduğunu xatırladan Savadoqo, gələcəkdə insult riskini azaltmaq üçün erkən diaqnoz qoyulmanın və müalicənin əhəmiyyətini vurğulayıb.

# 1368
avatar

Fidan İlqar

Oxşar yazılar