Elmar Məmmədyarov Pakistan Milli Assambleyasının deputatını qəbul edib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Fəzlül Rəhmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlıq və bu əməkdaşlığın ölkələrimiz arasında münasibətlərə verdiyi töhfədən söz açılıb.
Elmar Məmmədyarov pakistanlı rəsmiyə ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını tanınmasına görə minnətdarlıq bildirib və bu addımın ədalətli olduğunu vurğulayıb. Elmar Məmmədyarov Azərbaycanın Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləyib. Görüşdə dünyada islamofobiya meylləri ilə bağlı narahatçılıq ifadə olunub. Eyni zamanda müsəlman ölkələri arasında dialoqun artırılması və həmrəylik vacib sayılıb. İki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi zəruri hesab edilib.

Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31