Filip Lefort Bayram Səfərovla görüşüb - FOTO
Bu gün Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının baş qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə İcmanın sədri Bayram Səfərov və İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov arasında görüş keçirilib. Qurumdan Lent.az-a verilən məlumata görə, görüşdən öncə Orxan Əkbərov qonaqları Dağlıq Qarabağın azərbaycanlı icmasının qərargahı və qərargahda yaradılmış guşələrlə tanış edib.
Bayram Səfərov qonaqlara konfliktin tarixi və onun bu gün istər Azərbaycan, istərsə də bütün region üçün yaratdığı fəsadlar barədə məlumat verib. O, Aİ nümayəndəsinin diqqətinə çatdırıb ki, iyirmi ildir, bu problemin həllinə çalışan beynəlxalq qurumlar bir çox məqamda ikili standartlara yol verir və konfliktin həllində qətiyyətli mövqe göstərmir.
Filip Lefort da öz növbəsində Bakıda olmaqdan və Dağlıq Qarabağın azərbaycanlı icması ilə belə bir görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirib, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Aİ üçün son dərəcə vacib məsələdir: “Aİ Azərbaycanın ərazi bütövlüyün tanıyır və Azərbaycan da daxil olmaqla hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00