Fövqəladə hallar naziri Latviyanın hökumət başçısı ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Latviyanın baş naziri Valdis Dombrovskislə görüşüb.
APA-nın xəbərinə görə, K. Heydərov əvvəlcə rəhbərlik etdiyi nazirliyin fəaliyyəti haqqında qonağı məlumatlandırıb. O bildirib ki, Azərbaycan və Latviya xüsusən daxili işlər və fövqəladə hallar nazirlikləri səviyyəsində çoxdan əməkdaşlıq edir: “Latviya bizə dost və qardaş olan bir ölkədir. Biz imzalanmış sazişlər çərçivəsində əməkdaşlığı davam etdiririk”.
V. Dombrovskis isə Latviya ilə Azərbaycan arasında münasibətlərin pozitiv inkişaf etdiyini, fəal siyasi dialoqun mövcud olduğunu, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirildiyini söyləyib. O qeyd edib ki, əməkdaşlıq həm ikitərəfli əsasda, həm də Avropa Birliyi, NATO səviyyəsində həyata keçirilir. Qonaq ümid etdiyini bildirib ki, bu əməkdaşlıq inkişaf edəcək.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00