Türkiyə Azərbaycanda erməni dili müəllimi axtarır
Universitet rektoru: “Ən azı 3 nəfər belə müəllim tapmağımız lazımdır”
Türkiyənin Yüksək Öyrətim Qurumundan (YÖQ) erməni dili və ədəbiyyatı fənninin tədrisi üçün zəruri razılıq alan Nevşehir Universiteti erməni dilini bilən müəllim tapa bilmədiyindən bu fənnin tədrisinə başlaya bilməyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fənnin tədrisinə başlamaq üçün erməni dilini bilən müəllimlər tapmaq məcburiyyətində olduğunu deyən universitetin rektoru professor Kılıç Türk Dili və Tarix Qurumuna müraciət etdiklərini də bildirib.
“Türkiyədə tapa bilmədiyimiz müəllimləri Azərbaycanda axtarırıq. Bizdə ermənicə mətnləri çevirən yoxdur. Ən azı 3 nəfər belə müəllim tapmağımız lazımdır ki, bu ixtisas üzrə tələbə qəbul edə bilək” – deyə, rektor bildirib.
O, erməni dili və ədəbiyyatı fənni üzrə müəllimin tezliklə tapılacağına ümid etdiyini vurğulayıb: “Bununla da bir çox tarixi və ədəbi sənədləri oxuya biləcəyik”.
Pərvin ABBASOV

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53