Elmira Süleymanova tələbələrə mühazirə oxudu
Ombudsman Elmira Süleymanova Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilər üçün mühazirə oxuyub. Lent.az-ın məlumatına görə, Akademiyanın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində hər il dövlət qulluqçuları üçün səkkiz istiqamət üzrə ixtisasartırma kursları təşkil olunur. Həmin kurslarda respublikanın görkəmli alimləri, yüksək vəzifəli dövlət məmurları, tanınmış ictimai xadimlər mühazirələr oxuyurlar. Akademiyada “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqaməti üzrə növbəti kurs başlayıb. Həmin kurs Azərbaycanda həyata keçirilən dövlət siyasətini dövlət qulluqçularına, o cümlədən hüquq-mühafizə orqanlarında çalışan məsul əməkdaşlara çatdırmaq, izah və şərh etmək məqsədilə təşkil olunub. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bu kursda mühazirə oxumağa dəvət edilib. Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov əvvəlcə Müvəkkili dinləyicilərə təqdim edib.
Müvəkkil dinləyicilər qarşısında “Ombudsman insan hüquqlarının müdafiəçisi kimi” mövzusunda mühazirə oxuyub. O, öz mühazirəsində dünyada Ombudsman təsisatlarının inkişaf tarixi barədə məlumat verib, ilk ombudsman institutunun tarixi köklərinin Şərqlə bağlı olduğunu qeyd edib.
Müvəkkil dinləyicilərin suallarını cavablandırıb, Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrləri İdarəçilik Akademiyasının kitabxanasına bağışlayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16