Azərbaycan İslam Partiyası İrandakı seçkini demokratik sayır
“Peresin Azərbaycana səfərinin dayandırılmasını tələb edirik”
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov mətbuat konfransı keçirib. Lent.az-ın xəbərinə görə, M.Səmədov ölkədə və beynəlxalq aləmdə ictimai-siyasi hadisələr, Dağlıq Qarabağ probleminin həllində hazırkı vəziyyət və İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən rəsmi səfəri və s. məsələlərlə bağlı partiyanın mövqeyini açıqlayıb.
O, İsraili “işğalçı və qəddar”, Şimon Peresi isə “sionist İsrail rejiminin başçısı” adlandırıb. AİP sədri Peresin Azərbaycana dəvət olunmasına və gəlişinə qəti etirazını bildirib.
M.Səmədov İranda keçirilən prezident seçkiləri barədə də danışıb. O, bu seçkilərin demokratik keçirildiyini deyib. M.Səmədov “seçkilərin demokratikliyinə, İran xalqının monolitliyinə xələl gətirməyə çalışan xarici qüvvələrin” hərəkətlərini ciddi şəkildə pisləyib.
Tədbirin sonunda AİP-in İsrail rəhbərliyinin Azərbaycana səfərinə etiraz bəyanatı açıqlanıb. Bəyanatda qeyd olunub ki, “işğalçı, sionist İsrail rejiminin prezidenti Şimon Peresin, işğala məruz qalan Azərbaycan Respublikasına səfəri arzuolunmazdır. Və biz dövlət rəhbərliyindən Ş.Peresin Azərbaycana səfərinin dayandırılmasını tələb edirik”.
Pərvin ABBASOV

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25