Nardaran ağsaqqalı Sərkisyanın İrana səfəri barədə nə dedi?
“Sərkisyanın İrana səfərindən təəssüfləndim. Amma Peresin ölkəmizə gəlişi daha dəhşətli bir işdir”
İyunun 24-də mitinqin təxirə salındığı elan olunandan sonra Nardaran ağsaqqalları jurnalistlər üçün brifinq keçiriblər. Lent.az-ın məlumatına görə, Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərinə toxunub.
Onun fikrincə, Peresin səfəri reallaşsa, Azərbaycanın İslam aləmindəki imicinə zərbə vuracaq: “Bakı İslam mədəniyyətinin paytaxtı elan edildikdən sonra ölkədə bir neçə məscid bağlanıb, bir neçəsi isə sökülüb. Bu isə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə ziddiyyət təşkil edir. Müsəlmanlar nə qədər ki, bir deyil, şeytanlar onların üzərinə gələcək. Qoy Allah özü bizə kömək olsun”.
Natiq Kərimov Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ilə Peresin Azərbaycana səfərinin müqayisə olunmasını düzgün hesab etməyib: “Sərkisyanın İrana səfərindən təəssüfləndim. Amma Peresin ölkəmizə gəlişi daha dəhşətli bir işdir”.
Şura sədri Milli Məclisdə “Dini etiqad və vicdan azadlıqları haqqında” qanunun 21-ci maddəsinə təklif olunan və nəzərdə tutulan dəyişikliklərə də etirazını bildirib və bunu yolverilməz saydıqlarını vurğulayıb: “Bu qanuna edilən anti-islami dəyişiklik, məscidlərin bağlanması və sökülməsi, eləcə də İsrail prezidentinin Bakıya səfərinin bir-biri ilə bağlı olduğu qənaətindəyik”.
Pərvin Abbasov

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29