“QHT-ləri narahat edən bütün maddələr layihədən çıxarılıb”
“Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı QHT-ləri narahat edən bütün məqamlar layihədən çıxarılıb.
APA-nın xəbərinə görə, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. A. Quliyev bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının keçirildiyini, iclasda layihənin bir daha müzakirə olunduğunu deyib: “Sabah parlamentə tamamilə yeni layihə təqdim olunacaq”.
A. Quliyevin sözlərinə görə, QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər layihəsindən QHT-lərin ölkənin 1/3-də filial və nümayəndəliklərinin yaradılması, QHT-lərin auditdən keçməsi, qeydiyyatı ləğv olunan QHT təmsilçilərinin sanksiyalara məruz qalması, xarici QHT-lərin filial və nümayəndəliklərinin açılması üçün dövlətlərarası müqavilələrin imzalanması, xarici mənbələrdən daxilolmaların 50 faizdən artıq olmaması və s. barədə məqamlar çıxarılıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də APA-ya açıqlamasında sözügedən qanuna təklif olunan əlavə və dəyişikliklərə müəyyən düzəlişlərin edildiyini deyib. Onun sözlərinə görə, layihədə ölkə ictimaiyyətini narahat edən bütün məsələlər nəzərə alınıb.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25