“Prezidentlərin görüşündə toxunulmamış məsələlərin müzakirəsinə start verildi”
“Sankt-Peterburq görüşü ilə müqayisədə prezidentlərin bugünkü görüşündə hansısa uğurun əldə olunması ilə öyünə bilmərik”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra bildirib. “Bununla belə, bizim fikrimizcə, görüşdə qalan məsələlərlə bağlı nəzərəçarpacaq yaxınlaşma oldu”, - deyə vasitəçi qeyd edib.
Y. Merzlyakovun sözlərinə görə, prezidentlərin görüşündə indiyədək toxunulmamış məsələlərin müzakirəsi başlanıb: “Prezidentlərin də, bizim də təəssüratımız bu oldu ki, qərara gəlmək mümkündür, ona görə də danışıqlar davam etdiriləcək”.
Diplomat bildirib ki, amerikalı həmkarı Metyu Brayza avqustda regiona səfər etmək niyyətindədir. Sentyabrın əvvəllərində fransalı həmsədr Bernar Fasienin, sentyabrın sonunda isə həmsədrlərin regiona birgə səfəri nəzərdə tutulur: “Bu səfərlərin nəticəsi olaraq oktyabrda yeni görüş təşkil etmək istəyirik”.
Y. Merzlyakov Moskva görüşündə separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakı məsələsinin müzakirə olunmadığını deyib: “Biz ancaq gündəlikdə olan məsələləri müzakirə etdik ki, bu da baza prinsipləri ilə bağlıdır. Dağlıq Qarabağın danışıqlarda iştirakı isə bugünkü görüşün ümumiyyətlə gündəliyində olmayıb. Biz hesab edirik ki, Dağlıq Qarabağ təmsilçilərinin prosesdə iştirakına baza prinsipləri razılaşdırıldıqdan sonrakı mərhələdə baxmaq olar”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29