Azərbaycanın 2 naziri Ermənistandadır
Onlar artıq Ermənistanın hökumət nümayəndələri ilə müqavilə də imzalayıblar
Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov artıq Ermənistandadır. Onlar qonşu və düşmən ölkədə keçiriləcək gənclər arasında Avropa çempionatında azərbaycanlı idmançıların iştirak etmələri üçün təşkilati məsələlərin müzakirəsi məqsədilə bir neçə gün Yerevana yola düşüblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Azad Rəhimov, onun erməni həmkarı Armen Qriqoryan , Füzuli Ələkbərov və Ermənistan Cüdo Federasiyasının Prezidenti Aleksan Avetisyan , habelə Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb. Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.
Elxan SALAHOV

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45