Ramil Usubov Dunya Miyatoviçlə görüşüb
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonağı salamlayan nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Daha sonra ATƏT ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilib. Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və “Cəmiyyət dəstəkli polis” layihələri həyata keçirildiyi vurğulanıb.
Daha sonra qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində ətraflı məlumat verilib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd edib, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var. Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Oxşar yazılar

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54