ATƏT PA-nın 20-ci sessiyasının gündəliyi açıqlanıb
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasının 6-10 iyul tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək illik 20-ci sessiyasının proqramı açıqlanıb. APA-nın xəbərinə görə, sessiyanın əsas mövzusu “ATƏT-in effektivliyinin fəaliyyət qabiliyyətinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc” olacaq. Sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik Komitəsi , İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Komitəsi, İnsan haqları və humanitar məsələlər Komitəsinin iclasları keçiriləcək.
Siyasi məsələlər və təhlükəsizlik Komitəsinin iclasında Xorvatiya nümayəndə heyətinin rəhbəri Tonino Pitsulanın məruzəsi dinləniləcək. Məruzədə Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT PA-nın rolu məsələsinə də toxunulur. Sənəddə deyilir ki, ATƏT münaqişələrlə bağlı 4 mərhələdə aparıcı rola iddia edə bilər: “Münaqişələr barədə erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması, böhranların tənzimlənməsi və münaqişə sonrası reabilitasiya. Dağlıq Qarabağ, eləcə də Moldova və Gürcüstandakı münaqişələrin həlli üçün ATƏT çərçivəsində bütün siyasi səylər göstərilməlidir. Bu münaqişələrə cəlb olunmuş ölkələrin liderləri sülh danışıqları ilə bağlı xüsusi məsuliyyət daşıyır, lakin onların beynəlxalq ictimaiyyətin daimi dəstəyinə ehtiyacı var. ATƏT PA bu cür münaqişələrin həllini gündəmdə saxlamaq, eləcə də onların həlli məqsədilə dialoqu inkişaf etdirmək üçün xüsusi nümayəndələr və işçi qrupları vasitəsilə öz rolunu oynaya bilər. Hər münaqişə bizim hərtərəfli iştirakımızı tələb edir, lakin Dağlıq Qarabağ ətrafında gərginliliyin artması xüsusi narahatlıq doğurur”.
Qeyd edək ki, sessiyada üzv ölkələrdən 250-dən çox parlamentar iştirak edəcək.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30