Gürcüstanın ölkəmizdəki səfirinin geri çağırılması tələb edilir
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə bu gün keçirilən növbəti ənənəvi brifinqdə Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bildirib. Onun sözlərinə görə, Zaqatalada yaşayan etnik gürcülər səfir Teymuraz Şaraşenidzenin geri çağırılması tələbi irəli sürüblər: “Mətbuatda yayılan informasiya bizdə şübhə yaratdı. Biz fikirləşirik ki, Şaraşenidze tərəfdən belə bir insident heç vaxt ola bilməz. Lakin yaranmış vəziyyətlə bağlı araşdırma aparılmadan qəti fikir bildirə bilmərik. Bununla belə, səfirimizin vicdanlı diplomat olduğuna şübhə etmirik”.
Qeyd edək ki, Kaxetiya İnformasiya Mərkəzi Azərbaycanın Zaqatala rayonunda yaşayan etnik gürcülərin (əslində, onlar ingiloylardır, Gürcüstan tərəfi isə onları gürcülər kimi təqdim edir-red.) Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin onların problemlərinə düzgün yanaşmadığı və diqqət göstərmədiyini bildirdikləri barədə xəbər yayıb. Xəbərdə Əliabad kənd sakinlərinə istinadən bildirilir ki, guya səfir sərxoş vəziyyətdə kəndə gələrək, öz dillərində məktəb və uşaq bağçasının açılması xahişi ilə ona müraciət edən sakinləri təhqir edib.

Oxşar yazılar

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54