“Beynəlxalq aləmdə kişilik qalmayıb”
“Mən açıq deyim, bu gün Nabucco layihəsi ilə bağlı Azərbaycana çox ciddi təzyiq var. Bu məsələnin həll edilməsi ilə bağlı da Azərbaycan haqqında bu cür qərəzli qətnamələr qəbul edirlər”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bugünkü iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibət bildirərkən deyib.
O deyib ki, Avropa Parlamenti Azərbaycana ikili standartlarla yanaşır: “Bu gün Qərb deyəndə bir jandarm başa düşülür. Bunlar benəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər. Onların devizi budur: “güc bizdədir, resurs bizdədir və biz necə istəyirik elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də”. Amma ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə, artıq deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur; yaxşı onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan Prezidentinin üstünə, amma Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir, gəlin Azərbaycanla həll edin. Əgər problem varsa, biz Avropa Parlamentinin üzvüyüksə, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?! Mən açıq deyirəm, bu gün Nabucconun həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. O prosesin həyata keçirilməsi ilə bağlı bu gün heç bir həqiqətə uyğun olmayan qətnamələr qəbul edilir. Bundan istifadə edib, Azərbaycandan əlavə güzəştlər qoparmaq və əgər qopara bilmirlərsə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, vallah, bu kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Amma buna baxmayaraq, bizim öz standartlarımız var və belə də davam edəcəyik”
Anar

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30