Vasif Talıbov Pakistan səfiri ilə görüşdü - FOTO
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Ali Məclisin sədri ötən illər ərzində Azərbaycanda fəaliyyətinə görə səfiri təbrik edib, ona yeni iş yerində uğurlar arzulayıb. O bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdardır: “1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamənin qəbul edilməsini buna misal göstərə bilərik. Eyni zamanda, Azərbaycan da Pakistana dost, qardaş münasibəti göstərir. 2010-cu ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakət Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının narahatlığına səbəb olmuş, Azərbaycan dövləti dost ölkəyə hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdi.
V.Talıbov Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmlənəcəyinə, inkişaf edəcəyinə, hər iki ölkənin bundan sonra da dünya birliyində daim bir-birini dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Əbdül Həmid ötən dövrdə Naxçıvan Muxtar Respublikasına bir neçə dəfə səfər etdiyini, burada yüksək qonaqpərvərliklə əhatə olunduğunu bildirib, bunu ölkəsinə göstərilən hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirib. O qeyd edib ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün Pakistan beynəlxalq təşkilatlarda həmişə Azərbaycana dəstək verir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan İslam Respublikası bu günədək Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb.
Səfir diplomatik fəaliyyəti dövründə Pakistan-Azərbaycan münasibətlərinin inkişafı, ölkəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün səyini əsirgəmədiyini bildirib, görüşə görə minnətdarlıq edib.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30