“Avropa Şurası Azərbaycanı təşkilatın çox mühüm üzvü kimi dəyərləndirir” - MÜSAHİBƏ
- Azərbaycanın Avropa Şurası çərçivəsində aktivliyini necə dəyərləndirirsiniz?
- Avropa Şurası Azərbaycanı təşkilatın çox mühüm üzvü kimi dəyərləndirir. Azərbaycan təşkilata üzv olduğu 10 il ərzində Avropa Şurasının 55 Konvensiyasına qoşulub və qurumun 8 özəl sazişlərinin üzvüdür. Bundan başqa, hakimiyyət qurumları nazirlər səviyyəsində müxtəlif konfranslarda aktiv iştirak edirlər. Buna misal olaraq, ötən il mayın 24-25-də Bakıda gender bərabərliyinə həsr olunmuş nazirlər toplantısını göstərə bilərəm. Həmçinin qeyd etmək istəyərdim ki, Azərbaycan Avropa Şurasının mədəniyyətlərarası dialoq və dini ölçülərin müəyyənləşməsi prosesində də mühüm rol oynayır. Bu kontekstdə aprelin 7-8-də Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm.
- Avropa Şurası hazırda Azərbaycanda hansı layihələri həyata keçirir?
- Avropa Şurası aydın şəkildə bəyan etdi ki, qanunvericiliyi, inzibati və məhkəmə sistemini AŞ üzvü ölkələrin standartlarına yaxınlaşdırmaqda Azərbaycana kömək etməyə hazırdır. Biz yeni layihələr işlənə biləcək sahələrin öyrənilməsində səlahiyyətli qurumlarla sıx əlaqədə çalışırıq.
- Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Krostof Ştrasser bu vəzifəyə təyinat aldıqdan sonra ölkəmizə gələ bilmir, buna münasibətiniz necədir?
- Bu, Azərbaycan hökuməti ilə AŞPA arasında nizamlanmalı olan məsələdir.
- Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməsi səviyyəsini necə dəyərləndirirsiniz?
- Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının iştirakçısıdır və Avropa Məhkəməsinin qərarlarını icra etməklə bağlı üzərinə öhdəlik götürüb. Bu öhdəlik hər bir iştirakçı ölkə üçün mütləqdir. Avropa Şurası Nazirlər Komitəsi məhkəmə qərarlarının icrasına nəzarət edir və Azərbaycan hökumətinin qərarların icrası məsələsini bu qurum dəyərləndirir.
- Yaxın zamanlarda Avropa Şurası rəsmilərinin Azərbaycana səfərləri nəzərdə tutulurmu?
- Hər bir təşkilatın yüksək vəzifəli şəxslərinin səfər etmək ehtimalı həmişə mövcuddur, lakin hazırda bu barədə konkret heç nə deyə bilmərəm.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30