Yerji Buzek: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”
“Azərbaycanda keçirdiyim görüşlərdə Avropa Parlamentində mayın 12-də Azərbaycanla bağlı qəbul edilən qətnamə ilə bağlı müzakirələr aparacağam”. APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin (AP) prezidenti Yerji Buzek Milli Məclisin (MM) spikeri Oqtay Əsədovla görüşündən sonra keçirdiyi brifinqdə bildirib.
O, AP-nin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıdığını bildirib: “Biz Azərbaycandan öz üzərinə götürdüyü öhdəliklərdən başqa nə isə etməyi tələb etmirik. Azərbaycanın suverenliyinə hörmətlə yanaşırıq. Amma Azərbaycan hakimiyyətinin aprelin 2-də keçirilən aksiyaya verdiyi reaksiya beynəlxalq sənədlərlə ziddiyyət təşkil edir”.
Y. Buzek qeyd edib ki, qarşıda AP və MM əməkdaşlığının inkişafı üçün yaxşı dövr yaranıb, parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi mümkündür.
AP prezidenti təmsil etdiyi qurumun regiondakı “dondurulmuş münaqişələr”in həllinə öz töhfəsini verməyə hazır olduğunu da bəyan edib. O, həmçinin media, insan haqları kimi məsələlərə önəm verdiklərini də vurğulayıb: “Azərbaycan və Avropa eyni dəyərləri paylaşır. Biz eyni zamanda iqtisadiyyat, ticarət və enerji sahəsində əməkdaşlığı dəstəkləyirik. Biz Azərbaycanın müstəqilliyini, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırıq, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30