Avroparlamentin prezidenti parlament müxalifəti ilə nə danışdı?
Görüşdə Azərbaycanda insan haqlarının, demokratiyanın vəziyyəti, sərbəst toplaşma azadlığı ilə bağlı məsələlərə toxundum, son zamanlarda həbs olunan gənclər, diffamasiya qanununun qəbulu və s. kimi məsələlərlə bağlı fikri mübadiləsi apardıq”.
Bunu Lent.az-a açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə mayın 20-də Avropa Parlamentinin prezidenti Yerji Buzeklə parlament fraksiyası arasında baş tutan görüşün təfərrüatları barədə deyib. O bildirib ki, Avropa Parlamentinin prezidenti görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edərək, problemin bu çərçivədə həllini tapmasını arzuladıqlarını söyləyib. Görüş zamanı son aylarda baş verən həbslərə də toxunan Yerji Buzek Azərbaycanı Avropa ailəsinə yaxın gördüklərini və bu səbəbdən də məsələlərə qanunlar çərçivəsində yanaşılmasını, Avropa-Azərbaycan əlaqələrinin daha da sıx olmasını istədiklərini bildirib.
Azərbaycan Milli Məclisinin Avropa Parlamentinə ünvanladığı qətnaməyə də münasibət bildirən Yerji Buzek “düşünün ki, indi 1 apreldir. O zaman mənimlə görüşdə hər şeyin gözəl olduğunumu danışacaqdılar? Burada söhbət qətnamədən yox, məsələyə prinsipial yanaşmadan gedir” - deyib.
Anar

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30