Prezident İlham Əliyev Oljas Süleymenova “Dostluq” ordenini təqdim edib
Prezidentin mətbuat xidmətindən APA_ya verilən məlumata görə, dövlət başçısı İlham Əliyev Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Azərbaycanda Oljas Süleymenovun sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayan prezident İlham Əliyev onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini deyib. O, Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli mövqedə durmasını və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını bildirib. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - “Dostluq” ordenini Oljas Süleymenova təqdim edib.
Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirib, ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirib.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30