“Liviyada diplomatlardan başqa Azərbaycan vətəndaşı qalmayıb”
“Ötən gecə Liviya paytaxtı Tripoli müharibə başlayandan bəri bəlkə də ən güclü bombardmana məruz qalıb”.
Bu açıqlamanı APA-ya Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov verib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinə və missiya işçilərinə hər hansı xəsarət dəyməyib. Bununla belə, NATO aviasiyasının hava hücumu zamanı partlayışların səsi şəhərin hər yerində eşidilib və binaların pəncərələri belə silkələnib. Belə şəraitdə səfirliyin öz fəaliyyətini davam etdirməsinə gəlincə, Ağasəlim Şükürov deyib ki, onlar Tripolidə Azərbaycanın maraqlarını və mülkiyyətini qoruyurlar. Belə ki, daha öncə Tripolidə fəaliyyətini dayandırmış xarici səfirliklər sonradan quldurlar tərəfindən talana məruz qalıb.
Hazırda Tripolidə 51 xarici ölkənin diplomatik missiyası hələ də fəaliyyət göstərir. Liviyada diplomatlardan savayı, Azərbaycan vətəndaşlarının qalmadığını xatırladan səfir indi ölkədə yalnız yerli vətəndaşlarla ailə qurmuş 3 Azərbaycan əsilli şəxsin olduğunu deyib. “Biz onlara Liviyanı tərk etməyi təklif etsək də, onlar burada, öz ailələri ilə qalamağı üstün tutublar”.
Son illər ərzində Azərbaycan şirkətlərinin Liviyada qurduqları biznesin taleyinə gəlincə, Ağasəlim Şükürov bildirib ki, hərbi əməliyyatlar getdiyindən onların taleyi indi qeyri-müəyyəndir. Səfirin sözlərinə görə, Azərbaycan şirkətləri Liviya hökumətinin dövlət sifarişləri əsasında işləyib. Lakin hazırda bu işlər yarımçıq qalıb. Ağasəlim Şükürovun sözlərinə görə, hərbi əməliyyatlar bitən kimi ikitərəfli iqtisadi əməkdaşlığın gələcək taleyinə aydınlıq gətiriləcək.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30