Macarıstanda 28 mayla bağlı sərgi təşkil olunub - FOTO
26 may 2011 14:27 (UTC +04:00)

Macarıstanda 28 mayla bağlı sərgi təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və bu ölkənin Kopoşvar Universitetinin birgə təşəbbüsü ilə səfirlikdə universitetin İncəsənət fakültəsinin tələbə və müəllimlərinin əsərlərindən ibarət sərgi təşkil olunub. Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr olunmuş sərgidə əllidən çox rəsm əsəri, qrafika, bədii foto və tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Kapoşvar universiteti incəsənət fakültəsinin dekanı Erjebet Linger sərginin açılışı zamanı çıxış ediblər. Vilayət Quliyev son 20 il ərzində müstəqil Azərbaycanın keçdiyi yol, ölkəmizə incəsənətin müxtəlif sahələrinə göstərilən qayğı və diqqət, rəssamlarımızın sənət uğurları haqqında toplaşanlara məlumat verib. Kapoşvar Universitetinin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən bu ilin oktyabr ayında incəsənət fakültəsi tələbələrinin Azərbaycana həsr olunmuş əsərlərinin müsabiqəsi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar