MTN-nin Heydər Əliyev adina akademiyasinda 28 may - Respublika Günü qeyd olunub
Lent.az-ın məlumatına görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Mərasimi giriş sözü ilə akademiyanın rəis müavini, polkovnik Zakir Əliyev açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirib.
Z.Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki rolundan və əhəmiyyətindən danışaraq bildirib ki, tarix Azərbaycana iki dəfə müstəqil olmaq şəraiti yaratsa da, ötən əsrin əvvəllərində ilk imkandan yetərincə istifadə etmək mümkün olmayıb: “Mürəkkəb siyasi vəziyyətə, dövlət quruculuğundakı çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atıb, əhəmiyyətli qərarlar qəbul olunub. Azərbaycan dilinə dövlət dili statusu verilib, dövlət atributları, o cümlədən milli bayrağımız və gerbimiz qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu il mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə xalqımızın düşünən beyinləri, zəkaları uzun illər təqib olunmuş, repressiyalara məruz qalıb. Yaranmasının 93-cü ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir. Çünki illər ötsə də, tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə azadlıqsevər xalqımızın müstəqillik arzularını söndürə bilməyib”.
Çıxış edən kursant və dinləyicilər 28 Mayın hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildiriblər.
Sonda “Müstəqillik yollarında” adlı sənədli film nümayiş edirilib.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47