Kanadada Azərbaycan Respublika Günü elan edilib
27 may 2011 10:09 (UTC +04:00)

Kanadada Azərbaycan Respublika Günü elan edilib

Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə mayın 26-da ziyafət təşkil olunub.

Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ziyafət Kanadanın paytaxtı olan Ottava şəhərinin ən möhtəşəm binası “Fairmont Chateau Laurier” mehmanxanasında təşkil olunub.

Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Tədbir çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 1918-ci ildə 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirib. O, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını vurğulayıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra respublikamızda gedən iqtisadi inkişaf barəsində danışan Fərid Şəfiyev Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında da iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Ottava şəhərinin meri Cim Vatsonun müvafiq qərarı ilə 28 may 2011-ci il tarixi Ottava şəhərində Azərbaycan Respublikası Günü elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar