
ABŞ səfirliyi Eynulla Fətullayevin azadlığa çıxması ilə bağlı bəyanat yayıb
Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, diplomatik missiya jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır: “Beynəlxalq ictimaiyyət ilə birgə Eynulla Fətullayevin işini yaxından izləmişik və Azərbaycanı qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə şəffaf və açıq hüquqi prosesə dəvət etmişik. Prezident Əliyevin cənab Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir. Birləşmiş Ştatlar fikir azadlığı da daxil olmaqla demokratik islahatlarda irəliləyiş naminə Azərbaycan hökuməti və xalqı ilə birgə çalışmağa davam edəcək. Azərbaycan Birləşmiş Ştatların mühüm əməkdaşıdır və gələcəyə aparan yolun planlaşdırılması üçün debatlarda bütün cəmiyyətin daha da çox sayda fikirlərinin səsləndirilməsi ilə öz tam milli potensialına çatacaq”.
Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47